Beynəlxalq siyasətdə qısqanclıq anlayışından istifadə edilmir - Putin

 23:29 25.09.2026     65

Rusiya Prezidenti Vladimir Putin Çin Prezidenti Si Cinpinin ABŞ Prezidenti Donald Trampla görüşməsindən və onunla ünsiyyətindən qısqanclıq hissi keçirmədiyini bildirib.

Redaktor.az xəbər verir ki, Putin bu cür hisslərin beynəlxalq siyasətdə yersiz olduğunu deyib.

“Qısqanclıq tamamilə başqa, humanitar xarakterli bir sahəyə aiddir – kişi ilə qadın arasındakı münasibətlərə. Beynəlxalq siyasətdə isə belə anlayışlardan istifadə olunmur”, - deyə Putin jurnalistlərin sualını cavablandırarkən bildirib.

Sentyabrın 25-də Si Cinpin və Donald Tramp Çin liderinin Vaşinqtona səfəri çərçivəsində görüş keçiriblər.

ABŞ Prezidenti Si Cinpini təyyarənin qarşısında qarşılayıb, ona ağbaşlı dəniz qartalı heykəli hədiyyə edib və “şöhrət xiyabanı”nda Co Baydenin portretini əvəz etdiyi qələmi göstərib. Daha sonra Tramp Çin liderinin şərəfinə rəsmi şam yeməyi təşkil edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən