Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etmədi

 16:46 26.09.2026     60

Fransa Prezidenti Emmanuel Makron 2027-ci ilin mayında prezidentlik müddətinin başa çatacağını təsdiqləyib və gələcəkdə yenidən prezidentliyə namizədliyini istisna etməyib.

Redaktor.az xəbər verir ki, Makron bu barədə ABŞ-nin “Variety” jurnalına müsahibəsində danışıb.

“Açığını deyim, Konstitusiyamıza görə, iki ardıcıl müddətə prezident seçilmək hüququnuz var. Buna görə də gələn ilin mayında müddətimi başa çatdıracağam və Fransa xalqı başqa birini seçəcək”, - Makron qeyd edib.

O, daha sonra gələcəkdə prezidentliyə qayıtma ehtimalı ilə bağlı suala cavabında bunu istisna etməyib.

“Baxarıq. Həyat bəzən gözlənilməz sürprizlərlə doludur, hətta filmlərdən də çox”, - Fransa Prezidenti bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən