Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirdi

 18:45 26.09.2026     53

Kubaya hərbi müdaxilə olmayacaq.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin həyətində jurnalistlərə deyib.

“Kuba və ABŞ razılaşma əldə edəcək. Düşünmürəm ki, hərbçilərə ehtiyacımız olacaq”, – Tramp bildirib.

ABŞ Prezidenti Kubanın hazırda “çox pis vəziyyətdə” olduğunu deyərək Vaşinqtonun bu ölkəyə yardım etmək istədiyini vurğulayıb.

“Biz Kubanı xalqımız üçün açmaq istəyirik. Geri qayıtmaq istəyən çox sayda kubalı-amerikalımız var”, – Tramp əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən