"Onun yeri BMT kürsüsü deyil, məhkəmə zalıdır" - Ərdoğan Netanyahuya
Müharibə cinayətkarlarının yeri BMT kürsüsü deyil, məhkəmə zalıdır.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında Netanyahu haqqında danışarkən bildirib.
Qeyd edək ki, Netanyahu bundan əvvəl BMT kürsüsündən Ərdoğanın İsrailin məhv edilməsinə çağırış etdiyini açıqlamışdı: "O, demək olar ki, hər gün Yerusəlimin hökmdarı olacağını elan edir. Siz bunu etməyəcəksiniz. Bu, bizim ölkəmiz, şəhərimiz, əbədi paytaxtımızdır".
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu haqqında müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamları ilə həbs orderi verib.













