İsrail ordusu “Hizbullah”ın silah anbarına zərbə ENDİRDİ
İsrail ordusu Livanın cənubundakı Səcdud bölgəsində “Hizbullah” hərəkatına məxsus silah anbarına zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Əsgərlər üçün təhlükə yaradan silahlar aşkar edildikdən sonra ordu Livanın cənubundakı Səcdud bölgəsində “Hizbullah”ın silah anbarına zərbə endirib”, - açıqlamada bildirilib.
Məlumata görə, obyektdə Livanın cənubunda təhlükəsizlik zonasında fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı hücumlarda istifadə edilən silahlar saxlanılıb.













