Tokayev yeni müdafiə naziri təyin etdi - YENİLƏNİB
Kasım-Jomart Tokayev Aydos Mirzahmetovu Qazaxıstanın yeni müdafiə naziri təyin edib.
Redaktor.az xəbər verir ki, o, bundan əvvəl Qazaxıstan Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı olub.
Fotoda: Dauren Kosanov

***
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olmasından sonra müdafiə naziri Dauren Kosanovu vəzifəsindən kənarlaşdırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti rəsmi məlumat yayıb.
Dövlət başçısının imzalamadığı fərmanda deyilir: "Dövlət başçısının fərmanı ilə Dauren Jumatayeviç Kosanov Qazaxıstan Respublikasının müdafiə naziri vəzifəsindən azad edilib".
Qeyd edək ki, Kosanov bu vəzifəyə ilk dəfə 2025-ci ildə təyin olunmuş, sentyabr ayında isə Tokayev tərəfindən yenidən eyni posta təsdiqlənmişdi.
Faciəvi insident sentyabrın 24-də Manqistau vilayətində, Xəzər dənizi sahilində keçirilən hərbi dəniz təlimləri zamanı baş verib. Pis hava şəraitində qayıqdan eniş edərkən 17 hərbçi güclü axın nəticəsində dənizə aparılıb. Onlardan 14-ü həlak olub, 3 nəfər isə xilas edilib.
Sentyabrın 26-da Prezident Tokayev Müdafiə Nazirliyində kompleks yoxlamaların aparılması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib. Hadisə ilə bağlı cinayət işi başlanılıb və Müdafiə Nazirliyinin 5 yüksəkrütbəli əməkdaşı, o cümlədən Baş Qərargah rəisi və Hərbi Dəniz Qüvvələri baş komandanının birinci müavini saxlanılıb.
Aminə ŞAHSUVARQIZI













