İsrail ordusu 9 girovu saxlayan HƏMAS komandirini öldürdü

 17:32 27.09.2026     46

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi komandiri Məhəmməd Qabaini məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, 2023-cü ilin oktyabrında girov götürülən 9 İsrail vətəndaşının əsirlikdə saxlanılmasında birbaşa iştirak edib. Həmçinin M.Qabainin son vaxtlar İsrail hərbçilərinə və dinc sakinlərə qarşı hücumlar təşkil etdiyi, HƏMAS-ın döyüş qabiliyyətini bərpa etməyə çalışaraq atəşkəs rejimini sistemli şəkildə pozduğu vurğulanıb.

Məlumata görə, mülki əhali arasında tələfatı minimuma endirmək məqsədilə əməliyyat zamanı yüksək dəqiqlikli sursatlardan istifadə olunub və ərazi havadan nəzarətdə saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən