Xəzərdə həlak olan hərbçilərin xilasedici jiletləri olmayıb

 18:51 27.09.2026     121

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirdiyi müşavirədə bildirib ki, Xəzər dənizində təlimlər zamanı həlak olan hərbçilər xilasedici jiletlərlə təmin edilməyiblər.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Təlimlər zamanı hərbçilər lazımi ləvazimatlarla, o cümlədən dəniz xilasedici jiletləri ilə təmin olunmayıblar”, - deyə məlumatda bildirilib.

Tokayev təlimlərin hazırlanmasına və keçirilməsinə, təchizata və təhlükəsizlik tədbirlərinə cavabdeh olan bütün vəzifəli şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməsini tapşırıb. Ölkə rəhbərinin sərəncamına uyğun olaraq, Müdafiə Nazirliyində kompleks yoxlamalara başlanılıb.

Qeyd edək ki, bir neçə gün öncə Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb. 

Vumart və Güvən reklamı Vumart Güvən