Fransa Roma Papasını qorumaq üçün "uçan göz"ü işə saldı

 19:28 27.09.2026     52

Fransa Hava-Kosmik Qüvvələri (HKQ) Roma Papası XIV Leonun Lurd şəhərində olduğu müddətdə onun təhlükəsizliyini təmin etmək üçün ABŞ istehsalı olan "MQ-9 Reaper" pilotsuz uçuş aparatını (PUA) cəlb edib.

Redaktor.az bildirir ki, bu barədə "Le Journal du Dimanche" qəzeti Fransa HKQ-nin nümayəndəsi, polkovnik David Pappalardoya istinadən xəbər verib.

Hərbçilər, həmçinin "Rafale" qırıcılarını, "Fennec" helikopterlərini, AWACS uzaqmənzilli radar aşkarlama təyyarələrini və PUA-lara qarşı mübarizə vasitələrini cəlb ediblər.

"Reaper" bu sistemdə "uçan göz" rolunu oynayır. Uçuş müddəti 30 saatdan çox olan PUA-nın sensorları böyük bir ərazini uzun müddət müşahidə etməyə və görüntüləri real vaxt rejimində ötürməyə imkan verir.

Fransa "MQ-9 Reaper" PUA-larından 2013-cü ildən istifadə edir. 2014-cü ildən hərbçilər onlardan xarici əməliyyatlarda istifadə edirlər.

Roma Papasının səfəri zamanı aparatın Lurd üzərindəki hava məkanına fasiləsiz nəzarəti təmin etməsi nəzərdə tutulur.

Vumart və Güvən reklamı Vumart Güvən