“Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir”

 21:18 27.09.2026     49

ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün fəaliyyət variantlarının hamısını nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts NBC News telekanalına müsahibəsində bildirib.

Diplomatdan “The Wall Street Journal” qəzetinin Trampın noyabrda ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən sonra İrana zərbələri bərpa etmək imkanını nəzərdən keçirməsi barədə məlumatını təsdiqləyib-təsdiqləyə bilməyəcəyi soruşulub.

“Bu məlumat anonim mənbələrə əsaslanır. Deyə biləcəyim odur ki, Prezident dünyada təhlükəsizliyi təmin etmək üçün bütün mümkün variantları nəzərdən keçirir”, – Mayk Uolts bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən