Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var
Qaziantepdə sərnişin mikroavtobusu avtomobillə toqquşub.
Redaktor.az xəbər verir ki, ilkin məlumatlara görə, 7 nəfər ölüb, 13 nəfər yaralanıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan 34 HBS 100 nömrə nişanlı sərnişin mikroavtobusu, Qaziantep-Osmaniye avtomobil yolunun kənd ərazisindəki Acaroba yaxınlığında 31 AHB 98 nömrə nişanlı avtomobillə toqquşduqdan sonra aşıb.
Hadisə yerinə tibb, jandarma, yanğınsöndürmə və AFAD (Fəlakət və Təcili Yardım İdarəetmə) qrupları göndərilib.













