ABŞ İranın sualtı dron ələ keçirməsi iddiasını təkzib ETDİ

 22:09 27.09.2026     63

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında ABŞ-yə məxsus sualtı pilotsuz aparatı ələ keçirməsi barədə yaydığı məlumatı təkzib edib.

Redaktor.az "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bu barədə CENTCOM-un rəsmi sözçüsü, kapitan Tim Hokins bəyanat verib.

İran tərəfinin iddialarını "ümidsizliyin açıq təzahürü" adlandıran Hokins bildirib: "Bütün əməliyyat pilotsuz uçuş aparatlarımız üzərində etibarlı nəzarətimiz tam şəkildə saxlanılır".

Məlumat üçün bildirək ki, bundan əvvəl SEPAH Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirilən əməliyyat zamanı kəşfiyyat məqsədilə istifadə edilən ABŞ-nin "Remus 600" tipli muxtar sualtı aparatının ələ keçirildiyini iddia etmişdi. İran tərəfinin açıqlamasında qeyd olunurdu ki, aparata baxış keçirilib və hazırda mütəxəssislər toplanmış məlumatları təhlil edirlər. Tehran bu aparatın İran ordusu tərəfindən ələ keçirilən ikinci analoji ABŞ texnikası olduğunu iddia edirdi.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən