Bu ölkənin prezidenti istefa VERDİ

 22:44 27.09.2026     59

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Vuçiç bazar günü istefa qərarını elan etməklə prezident kimi ikinci və sonuncu beşillik müddətini vaxtından əvvəl başa vurub.

Onun istefası Serbiyada növbədənkənar prezident seçkilərinin keçirilməsinə yol açır. 

Qeyd edək ki, Vuçiç 2017-ci ildən Serbiya Prezidenti vəzifəsini icra edirdi. Onun ikinci prezidentlik müddəti 2027-ci ilin ortalarında başa çatmalı idi. 

Aleksandar Vuçiç, Serbiya, istefa, prezident seçkiləri

Vumart və Güvən reklamı Vumart Güvən