Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib - Media
İsrailin Baş naziri Binyamin Netanyahu sentyabrın 27-də gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Kanal 12” məlumat yayıb.
Məlumata görə, Netanyahu səhər saatlarında şəxsi təyyarə ilə BƏƏ-yə gedib, gün ərzində orada qaldıqdan sonra İsrailə qayıdıb.
Məlumata əsasən, səfərin məqsədi BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla təkbətək görüş olub. Görüşün mövzusu açıqlanmayıb. Netanyahunun ofisi xəbərə münasibət bildirməyib.













