Tramp süni intellektlə bağlı bəyanat VERƏCƏK

 09:09 28.09.2026     72

ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də Ağ Evdə süni intellektə (Sİ) dair bəyanatla çıxış edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti İllinoys ştatının Çikaqo şəhərindən qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbətində bildirib.

Ağ Ev ABŞ liderinin iş qrafikini yayıb. Cədvəldə D. Trampın Bakı vaxtı ilə saat 22:00-da bəyanatla çıxış edəcəyi qeyd olunub. Jurnalistlər Trampdan bəyanatın nəyə həsr olunacağını soruşublar.

“Bildiyiniz kimi, çərşənbə axşamı "Anthropic" ilə görüşümüz var. Bu, vacib olacaq. Bu axşam isə mən "Anthropic" şirkətinin rəhbəri (Dario Amodei - red.) ilə şam yeməyində olacağam. Bu gün saat 22:00-da şam yeməyim var. Mən "Anthropic" şirkətindən Dario ilə şam yeməyi yeyəcəyəm. Bildiyiniz kimi, bu şirkət böyük hörmətə malikdir. O, "Anthropic"ə rəhbərlik edir”, - deyə ABŞ lideri bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən