"Tramp Ukrayna münaqişəsinin həlli üçün səylərini ikiqat artırıb" - Finlandiya Prezidenti
Finlandiya prezidenti Aleksandr Stubb ABŞ prezidenti Donald Trampın Ukraynada münaqişənin həlli istiqamətində səylərini artırdığını bildirib.
Redaktor.az xəbər verir ki, Stubb bu barədə “Fox News”a açıqlamasında danışıb.
Onun sözlərinə görə, hazırda Ukrayna münaqişəsinin həlli ilə bağlı vəziyyət Trampın prezidentlik fəaliyyətinə başlamasından əvvəlki dövrlə müqayisədə daha yaxşıdır.
“Düşünürəm ki, hazırda prezident Trampın fəaliyyətə başlamasından əvvəl olduğumuz vəziyyətlə müqayisədə daha yaxşı mövqedəyik. Son bir il yarım ərzində o, Stiv Uitkoff, Jared Kuşner və bir çox digər danışıqlar aparan şəxslər vasitəsilə sülhə nail olmaq üçün həll yolu tapmaq istiqamətində səylərini ikiqat artırıb”, – Stubb deyib.
Finlandiya prezidenti vurğulayıb ki, Tramp bu istiqamətdə “həqiqətən israrla çalışır”. O, Rusiya və Ukrayna arasında münaqişənin həlli ilə bağlı razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib.
NURİYYƏ













