Ata 3 yaşlı qızını 60 yaşlı kişiyə ərə vermək İSTƏDİ

 09:59 28.09.2026     111

Pakistanda bir kişi 3 yaşlı qızını 60 yaşlı yerli sakinə ərə verməyə çalışıb.

Redaktor.az xəbər verir ki, bu barədə “GB News” məlumat yayıb.

Məlumata görə, hadisədən əvvəl həmin ailənin 14 və ya 15 yaşlı digər qızı 60 yaşlı Salah Uddinin oğlu ilə evləndirilib. Yeniyetmə 30 yaşlı həyat yoldaşının evində yaşayıb. Bir müddət sonra küçəyə baxması ərini qəzəbləndirib və kişi onu dəmir çubuqlarla döyüb. Yeniyetmə aldığı xəsarətlər nəticəsində həyatını itirib. Onların nikahı təxminən bir il davam edib.

Qızların atasının sözlərinə görə, Salah Uddin ona təzyiq göstərərək “valvar” adəti üzrə ikinci evliliyi təşkil etməsini tələb edib. Bu adət çərçivəsində gəlin ailəsindən qız götürülür və bunun müqabilində ödəniş edilir. Lakin bu, qızın dərhal kişinin evinə köçməsi demək deyil. Bununla belə, həmin andan etibarən qızın başqa biri ilə evlənməsi mümkün olmur.

Məlumata görə, 3 yaşlı qız da bu adət üzrə ərə verilib, lakin ailə bunun müqabilində pul almayıb.

Hazırda Salah Uddin axtarışdadır. Polis hadisənin bütün təfərrüatlarını araşdırır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən