Ukrayna kəşfiyyatı Krımda Rusiya hərbi obyektlərini məhv ETDİ

 14:43 28.09.2026     52

Ukrayna ordusu Krımda Rusiya qüvvələrinin hərbi infrastrukturuna zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar çərçivəsində Şimali Krım kanalından keçən dəmir yolu körpüsü, L-39 “Albatros” təlim-döyüş təyyarəsi, BK-10, BK-16 və “Manqust” katerləri məhv edilib.

Məlumata görə, həmçinin “Nebo-U”, “Kasta-2E” radiolokasiya stansiyaları və P-18 “Terek” radiolokasiya sisteminin komanda məntəqəsi, eləcə də rabitə, radioelektron mübarizə (REM), radioelektron kəşfiyyat (REK) sistemləri və MESH-retranslyatorlarının yerləşdiyi 9 qüllə vurulub.

Vumart və Güvən reklamı Vumart Güvən