Gecə saatlarında yolu yandırdılar - Turistlər saxlanıldı

 16:05 28.09.2026     105

Taylandın Phuket şəhərində yolu yandıran və ərazidə şou göstərən bir qrup Rusiya vətəndaşı saxlanılıb.

Redaktor.az xəbər verir ki, hadisə sentyabrın 24-ü gecə saatlarında Banq Tao rayonunda baş verib.

Bildirilir ki, qrup yolu bağlayaraq yandırıb, rəqs edib və yanan əşyaları fırladıb. Hadisə yaşayış binaları və park edilmiş avtomobillərin yaxınlığında baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra yerli sakinlər xarici turistlərə nəzarətin gücləndirilməsini tələb ediblər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən