Göbələk yığmağa gedən kişi pələngin hücumuna məruz QALDI

 16:16 28.09.2026     113

Hindistanda meşəyə vəhşi göbələk yığmağa gedən 45 yaşlı kişi pələngin hücumuna məruz qalaraq ölüb.

Redaktor.az xəbər verir ki, hadisə ölkənin Qadçiroli rayonunda baş verib.

Balu Vittal göbələk toplamaq üçün meşəyə gedib. Bir neçə saat keçməsinə baxmayaraq evə qayıtmayınca ailəsi və qonşuları onu axtarmağa başlayıblar.

Kişinin qalıqları yalnız bir gün sonra meşəlik ərazidə tapılıb. Onun pələngin hücumuna məruz qaldığı ehtimal edilir. Qalıqların yaxınlığında ayaqlardan biri də aşkarlanıb.

Hadisə meşədən odun, tendu yarpaqları və göbələk toplayan yerli sakinlər arasında narahatlıq yaradıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən