Şübhəli polis itinin qulağını DİŞLƏDİ

 16:34 28.09.2026     72

ABŞ-nin Kaliforniya ştatında saxlanılan şəxs polis itinə hücum edib. Hadisə zamanı şübhəli xidmət itinin qulağını dişləyərək onun uc hissəsindən kiçik bir parçanı qoparıb.

Redaktor.az xəbər verir ki, “Los Angeles Times”ın məlumatına görə, şübhəli şəxsin evlərdən birində özünü barrikada etdiyi bildirilir. Hadisə yerinə xüsusi təyinatlı polis əməkdaşları cəlb olunub və şəxsin saxlanılması üçün Vouter adlı xidmət iti evə göndərilib.

Saxlanılma zamanı şübhəli itlə əlbəyaxa olub. O, itin qulağını dişləyib və qulağın uc hissəsindən kiçik bir parçanı qoparıb.

Yaralanan polis iti baytarlıq klinikasına aparılıb və orada ona tibbi yardım göstərilib. Hazırda it xidmətdən müvəqqəti uzaqlaşdırılıb və müalicə olunur.

Polis itin qoruyucu baytarlıq yaxalığında fotosunu yayımlayıb və onun tezliklə sağalmasını arzulayıb.

Hüquq-mühafizə orqanları saxlanılan şəxsin ilkin olaraq hansı ittihamlarla şübhəli bilindiyini, həmçinin xidmət itinə hücumla bağlı ona əlavə ittiham irəli sürülüb-sürülməyəcəyini açıqlamayıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən