Türkiyədə qız şagird məktəbə silahla gəldi - VİDEO
Türkiyənin Van vilayətinin Tuşba rayonunda Polatoğlu ibtidai və orta məktəbində qız şagirdlərdən biri məktəbin ətrafında tüfənglə görüntülənib və təşvişə səbəb olub.
Redaktor.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, müəllimlər və valideynlər müdaxilə edərək silahı şagirdin əlindən alıblar. Hadisə yerinə gələn polis qrupları silahı müsadirə ediblər. Silahın içinin boş olduğu bilinib.
Məsələ ilə bağlı istintaq başladılıb. Şagird isə ifadəsinin alınması üçün polis bölməsinə aparılıb.
Şagirdin əlində silahla məktəbin qapısında dayandığı anlar yaxınlıqdakı vətəndaşlar tərəfindən mobil telefonla lentə alınıb.













