Ayıları vuranlara pul veriləcək - Bu ölkədə

 18:11 28.09.2026     58

Rusiyanın Krasnoyarsk diyarında bu il 729 qəhvəyi ayı vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə regional Təbii Sərvətlər və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 28-nə qədər regionda qəhvəyi ayı populyasiyasının tənzimlənməsi üçün 180 əmr verilib. Bu tədbirlər çərçivəsində 729 ayı tutulub.

Nazirliyə 128 mükafatlandırma müraciəti daxil olub. Ayı vuran ovçulara hər heyvan üçün 36 500 rubl (təxminən 432 ABŞ dolları) ödənilir.

Qeyd edək ki, regionda ayıların insanlara hücum etdiyi hallar da qeydə alınıb.

Vumart və Güvən reklamı Vumart Güvən