"Onlar nə vaxt belə riskə gediblərsə, bunun zərərini özləri çəkiblər" - Müctəba Xamenei

 18:23 28.09.2026     60

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei “Müqəddəs Müdafiə” həftəsi münasibətilə müraciət yayımlayıb.

Redaktor.az xəbər verir ki, Müctəba Xamenei müraciətində İranın cənubunda yerləşən dənizlərdə ABŞ və digər xarici qüvvələrin fəaliyyətinə toxunub.

Onun sözlərinə görə, əvvəllər İranın cənubundakı dənizlər “düşmən qüvvələrinin oyun meydanı” olub.

Xamenei bildirib ki, Hörmüz boğazını müdafiə edən qüvvələrin zərbələrindən sonra xarici qüvvələr Ərəb dənizindən bu tərəfə keçməyə cəsarət etmirlər.

“Onlar nə vaxt belə riskə gediblərsə, bunun zərərini özləri çəkiblər. Yaxın günlərdə Ərəb dənizinin də onlardan təmizlənəcəyi gün gələcək”, – İranın Ali Rəhbəri qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən