Aİ müdafiə nazirləri Ukraynaya “Patriot”ların verilməsi barədə razılığa gələ BİLMƏDİ
Avropa İttifaqı ölkələrinin müdafiə nazirləri ayrı-ayrı üzv dövlətlərin ehtiyatında qalan “Patriot” raketlərinin gələcək tədarüklər hesabına yenilənməsi şərti ilə Ukraynaya verilməsi barədə razılığa gələ bilməyib.
Redaktor.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ müdafiə nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
“Bu gün raketlərin verilməsi ilə bağlı heç bir yeni qərar qəbul edilməyib”, – Kallas deyib.
Onun sözlərinə görə, hazırda son variant kimi ayrı-ayrı Aİ ölkələrinin ehtiyatlarında qalan raketləri Ukraynaya verməsi və daha sonra həmin ehtiyatların Aİ-nin Ukraynaya 90 milyard avroluq hərbi maliyyə fondu hesabına ödəniləcək yeni tədarüklərlə doldurulması nəzərdən keçirilir.
Qeyd edək ki, Aİ-nin Ukrayna üçün 90 milyard avroluq dəstək kreditinin 60 milyard avrosu müdafiə məqsədləri üçün nəzərdə tutulub. Aİ daha əvvəl “Patriot” sistemləri üçün PAC-3 raketlərinin alınmasına da maliyyə ayırıb.













