Kiyevdə Milli Elmlər Akademiyasının binası YANDI
Kiyevin mərkəzində Ukrayna Milli Elmlər Akademiyasının binasında genişmiqyaslı yanğın başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
Məlumata görə, yanğın hücum nəticəsində baş verib. Hadisə Ukrayna paytaxtında hava həyəcanı elan edildiyi vaxt qeydə alınıb.
NURİYYƏ













