“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI
Özünü zootelepat kimi təqdim edən Dunya Uill Şri-Lankada dörd nəfərin ölümünə səbəb olan Rani adlı fil ilə danışdığını və onun aqressiv davranışının səbəbini öyrəndiyini iddia edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Sosial şəbəkələrdə “Outback Whisperer” adı ilə tanınan Uill Şri-Lankadakı qoruqlardan birində beş gün keçirib. Onun sözlərinə görə, burada Rani adlı filin başını divara söykədiyini görüb.
Baxıcılar Uillə “Yaxınlaşma, o təhlükəlidir” deyə xəbərdarlıq etsələr də, qadın filin ona təcili mesaj vermək istədiyini hiss etdiyini iddia edib.
Uillin sözlərinə görə, filə dörd nəfəri niyə tapdalayaraq öldürdüyünü soruşduqda Rani guya belə cavab verib: “Mən səbəbsiz yerə özümü itirmirəm”.
Xədicə BAXIŞLI













