"SpaceX"in kosmik gəmisi eniş zamanı PARTLADI
İlon Maska məxsus “SpaceX” şirkətinin “Starship” kosmik gəmisi ilk orbital uçuşundan sonra suya eniş zamanı partlayıb.
Redaktor.az xəbər verir ki, insident “SpaceX” tərəfindən “X” sosial şəbəkəsində canlı yayımlanıb.
Məlumata görə, kosmik aparat uğurla şaquli vəziyyətə keçib və okeana enməyə başlayıb. Lakin mühərriklər suyun dərinliyində görünməz olduqdan sonra partlayış baş verib.
Partlayış nəticəsində suyun üzərində alov topası yaranıb və “Starship”in hissələri havaya səpilib.
Qeyd edək ki, bundan əvvəl “SpaceX” şirkətinin “Falcon” ailəsinə daxil olan raketlərin 700-cü buraxılışını həyata keçirdiyi bildirilib.
Xədicə BAXIŞLI













