ABŞ və İran yeni danışıqlar APARDI

 09:08 29.09.2026     117

ABŞ və İran rəsmiləri yeddi aydır davam edən müharibəyə son qoyulması istiqamətində yeni cəhd çərçivəsində vasitəçilərlə ayrı-ayrılıqda danışıqlar aparıblar.

Redaktor.az-ın “Reuters”ə istinadən məlumatına görə, danışıqlardan xəbərdar olan ABŞ rəsmisi növbəti görüşlərin İranın ötən həftə BMT Baş Assambleyası çərçivəsində təqdim etdiyi yeddi günlük təklifin yenidən işlənmiş variantı ətrafında keçiriləcəyini bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasında iştirak etdikdən sonra Nyu-Yorkda qalıb.

IRNA-nın məlumatına görə, Əraqçi ABŞ-dən İranın son atəşkəs təkliflərinə və Hörmüz boğazında dəniz nəqliyyatının bərpası ilə bağlı şərtlərinə cavab gözlədiklərini bildirib.

“Əgər amerikalılar razılaşma və ya sülh yolu ilə həll axtardıqlarını iddia edirlərsə, biz həmin həll yolunu təqdim etmişik”, – Əraqçi deyib.

Qeyd edək ki, İranın yeddi günlük təklifi İran və Livanda bütün hərbi əməliyyatların dayandırılmasını, milyardlarla dollar dəyərində dondurulmuş İran aktivlərinin sərbəst buraxılmasını, İran neftinə qarşı sanksiyaların ləğvini və ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılmasını nəzərdə tutur.

Tehran bunun qarşılığında İran neft tankerləri üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazının yenidən açılmasına icazə verəcəyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən