Çin Tramp, Putin və Si Cinpin görüşü ilə bağlı açıqlama VERDİ
Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində mümkün üçtərəfli görüşlə bağlı məlumatın olmadığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib.
O qeyd edib ki, Çin bu il APEC-ə ev sahibliyi edir və APEC-in “Çin ili”nin uğurlu keçirilməsi üçün bütün tərəflərlə əməkdaşlığa hazırdır.
Diplomat üçtərəfli görüşün keçirilməsi ilə bağlı suala cavabında bildirib ki, hazırda bu məsələ ilə bağlı təqdim edə biləcəyi hər hansı məlumat yoxdur.
Aytəkin TOFİQQIZI













