Həyətdə oynayan 6 yaşlı qıza bəbir hücum ETDİ

 13:44 29.09.2026     101

Hindistanda bəbir 6 yaşlı qıza hücum edərək onu öldürüb.

Redaktor.az xəbər verir ki, “Times of India”nın məlumatına görə, hadisə ölkənin Dedkiyali kəndində baş verib.

Məlumata əsasən, Prişa Solanki adlı qız həyətində oynayarkən bəbirin hücumuna məruz qalıb. Yırtıcı otluqdan çıxaraq qızı tutub və meşəyə sürükləyib.

Qızın meyiti hadisədən təxminən bir saat sonra aşkarlanıb.

Hadisədən sonra meşə idarəsi bəbiri tutmaq üçün ərazidə qəfəslər quraşdırıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən