Marqarita Simonyan əməliyyat olundu - Moskvada xəstəxanaya yerləşdirildi - FOTO
“Rossiya Segodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan əməliyyatdan sonra Moskvada xəstəxanaya yerləşdirilib.
Redaktor.az xəbər verir ki, 46 yaşlı televiziya aparıcısı əməliyyatın uğurlu keçdiyini bildirib.
O, onun üçün dua edən hər kəsə təşəkkür edib və hələ də xəstəxanada olduğunu əlavə edib.

Onun sözlərinə görə, əməliyyat altı ay əvvəl aparılan və son PET/KT müayinəsində görünən şüa terapiyasının yan təsirləri səbəbindən zəruri olub. Simonyan xərçənglə üzləşən qadınlara da müraciət edərək, bu nəticələri görməzdən gəlməməyin vacibliyini vurğulayıb:
"Bunu sizə ona görə deyirəm ki, mənim yaşadıqlarımdan keçən qızlar narahat olmasınlar. Narahat olmayın, qızlar. İndi hər şey baş verir, Allaha şükür, Allahın köməyi ilə. Dua edin və edilməli olanı edin", - deyə o yazıb.
Qeyd edək ki, Simonyana 2025-ci ilin sentyabr ayının əvvəlində döş xərçəngi diaqnozu qoyulub, bundan sonra o, əməliyyat olunub və kimyaterapiya kursu keçib. O, xəstəliyin stress və narahatlıq səbəbindən sürətlə irəlilədiyini bildirmişdi. Sentyabrın əvvəlində remissiyada olduğunu elan edən Simonyan qarşıda hələ dörd illik hormon terapiyası mübarizəsinin olduğunu qeyd etmişdi.
Aminə ŞAHSUVARQIZI













