Məktəbli qız iki uşağı BIÇAQLADI
Rusiyanın Novosibirsk şəhərində məktəbli qız uşaq meydançasında bıçaqla iki uşağa xəsarət yetirib.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin Trolleynaya küçəsində yerləşən yaşayış binasının həyətindəki uşaq meydançasında baş verib. Məlumata görə, 12 yaşlı məktəbli qız meydançada olan qızlardan birinə bir neçə dəfə bıçaq zərbəsi endirib.
Baza teleqram kanalının məlumatına görə, hadisədən əvvəl iki qız arasında münaqişə yaranıb. Mübahisə zamanı məktəbli bıçaq çıxararaq digər qıza hücum edib. Daha sonra hadisə yerindən qaçarkən yoldan keçən bir uşağı da yaralayıb.
Region üzrə Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 2015 və 2022-ci il təvəllüdlü iki qız xəsarət alıb. Yaralılardan biri reanimasiya şöbəsinə yerləşdirilib və ona tibbi yardım göstərilir.
Hazırda hücum edən məktəbli polis bölməsindədir. Onun valideynləri də bölməyə çağırılıb.
Məlumata görə, bu, həmin qızın ilk aqressiv davranışı olmayıb. Bir müddət əvvəl o, öz nənəsinə də bıçaqla hücum edib. Bundan sonra məktəbli altı ay müddətində məcburi müalicə keçib.
NURİYYƏ













