Dmitriyevin ABŞ-də Ukrayna müharibəsinə son qoymaqla bağlı danışıqları uğurlu olub - KİV

 17:42 29.09.2026     62

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Vaşinqtona səfəri çərçivəsində ABŞ-la Ukrayna müharibəsinin sonlandırılması ilə bağlı konstruktiv danışıqlar aparıb.

Redaktor.az xəbər verir ki, "Reuters" bu barədə ABŞ rəsmisinə istinadən xəbər yayıb.

Bildirilib ki, danışıqlar müharibədən sonrakı dövrdə ABŞ-Rusiya enerji təşəbbüslərini də əhatə edib.

Qeyd edək ki, ötən həftə Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp müharibənin sonlandırılmasını müzakirə ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən