Niderlandda dörd şəhərin mərkəzi vağzalı təhlükəsizlik təhdidi səbəbi ilə təxliyə edildi

 18:27 29.09.2026     60

Niderlandın dörd şəhərində mərkəzi dəmir yolu vağzallarında sərnişinlər təhlükəsizlik təhdidi səbəbi ilə təxliyə edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Niderlandın nu.nl portalı məlumat yayıb.

Bildirilib ki, Rotterdam, Utrext, Haarlem və Dordrext şəhərlərinin mərkəzi vağzallarında evakuasiya aparılıb.

Məlumata görə, şübhəli əşyaların yoxlanılması üçün partlayıcı maddələr üzrə mütəxəssislər hadisə yerlərinə cəlb olunub.

Hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı hələlik məlum deyil.

Vumart və Güvən reklamı Vumart Güvən