Kallas Şaraa ilə görüşəcək

 18:38 29.09.2026     54

Suriya xarici işlər naziri Əsəd Şibani Dəməşqdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb.

Görüş “Tişrin” sarayında keçirilib və Avropa İttifaqının Suriya ilə uzunmüddətli tərəfdaşlığının qurulmasına həsr olunub. Qeyd edilib ki, Aİ iqtisadi vəziyyətin sabitləşdirilməsi və dövlət institutlarının fəaliyyətinin bərpasında Suriya hakimiyyətinə yardım göstərmək niyyətindədir.

Kaya Kallas Suriya Prezidenti Əhməd Şaraa ilə də görüşəcək.

Vumart və Güvən reklamı Vumart Güvən