Brent neftinin qiyməti DÜŞDÜ
Sentyabrın 29-da keçirilən hərraclar zamanı Şimal dənizində hasil olunan “Brent” markalı etalon neftin qiyməti ucuzlaşmağa başlayıb.
Redaktor.az xəbər verir ki, “Investing” platformasının məlumatına görə, Moskva vaxtı ilə saat 19:55-də neftin bir barelinin qiyməti 96,76 dollara düşüb.
Bu, əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 1,09 faiz və ya 1,07 dollar azdır. Gün ərzində “Brent”in qiyməti minimum 95,76 dollara qədər geriləyib.
Ekspertlər neftin ucuzlaşmasını əsasən Səudiyyə Ərəbistanından ixracın artırılması ilə əlaqələndirirlər. Daha əvvəl ölkədə Qırmızı dənizin sahilində yerləşən Yanbu limanından neft tədarükünün bərpa edildiyi açıqlanıb.
Xədicə BAXIŞLI













