Putinin xüsusi nümayəndəsi Vaşinqtonda olduğunu təsdiqlədi
Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDİF) rəhbəri Kirill Dmitriyev Vaşinqtonda olduğunu təsdiqləyib.
Redaktor.az xəbər verir ki, Dmitriyev bununla bağlı “Instagram” hesabında paylaşım edib.
O, Vaşinqton küçələrində çəkilmiş fotosunu yayımlayaraq paylaşımına “Vaşinqton” qeydini əlavə edib. Dmitriyev paylaşımda “Kino” qrupunun “Dalshe deystvovat budem my” (“Bundan sonra hərəkət edəcəyik”) mahnısından da istifadə edib.
Xədicə BAXIŞLI













