Tramp süni intellektin adını dəyişdirmək haqqında fərman İMZALAYACAQ
ABŞ Prezidenti Donald Tramp süni intellektin adının “superintellekt” olaraq dəyişdirilməsi ilə bağlı fərman imzalayacağını açıqlayıb.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə ABŞ-nin texnologiya şirkətlərinin nümayəndələri ilə görüşündə danışıb.
“Bu, süni deyil və hamımız bununla razıyıq. Biz onun adını rəsmi olaraq ‘superintellekt’ olaraq dəyişdirəcəyik”, – deyə Tramp bildirib.
Süni intellekt texnologiyalarının tənzimlənməsinin mümkün olub-olmadığı ilə bağlı suala cavab verən ABŞ Prezidenti bu sahədə “özünütənzimləmə”nin tətbiq edilməli olduğunu deyib.
Qeyd edək ki, Tramp sentyabr ayında “süni intellekt” ifadəsini bəyənmədiyini bildirib və alternativ olaraq “üstün intellekt”, “ekstremal intellekt” və “superintellekt” adlarını təklif edib. Onun sözlərinə görə, bu ifadələr sürətlə inkişaf edən texnoloji inqilabı daha yaxşı təsvir edir.
Bundan sonra ABŞ Dövlət Departamenti amerikalı diplomatlara sənədlərdə süni intellekt ifadəsi əvəzinə “superintellekt” sözündən istifadə etməyi tapşırıb.
Xədicə BAXIŞLI













