Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri döndü
Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi yolun yarısında geri qayıtmaq göstərişi alıb.
Redaktor.az xəbər verir ki, İsrailin 12-ci telekanalının yaydığı məlumata görə, təyyarə Birləşmiş Ərəb Əmirliklərinə geri dönür.
Hadisənin səbəbləri və təyyarənin hansı reysə aid olduğu barədə hələlik əlavə məlumat verilməyib.
Qeyd edək ki, bu gün Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi də insident səbəbindən Səudiyyə Ərəbistanına məcburi eniş edib. Hadisənin pilotlar arasındakı mübahisə nəticəsində baş verdiyi və qaçırılma kodunun aktivləşdirildiyi bildirilmişdi.













