"Xalqımızı heç kim sındıra və ya qorxuda bilməz" - Putin
Rusiya Prezidenti Vladimir Putin ölkə xalqının qorxudula və sındırıla bilməyəcəyini bildirib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Putin bu barədə doqquzuncu çağırış Dövlət Dumasının ilk iclasında çıxışı zamanı danışıb.
Dövlət başçısı yeni bölgələrdən olan deputatların Rusiyaya birləşdikləri gündə yeni Dövlət Dumasında ilk dəfə fəaliyyətə başlamalarını simvolik hadisə kimi qiymətləndirib.
Putin bildirib ki, seçicilər seçki məntəqələrinə atəş açılması və təhdidlərə baxmayaraq səsverməyə gəliblər.
“Seçicilər seçki məntəqələrinə gələn atəş və təhdidlərdən qorxmayıblar ki, bu da onların tarixi seçimini təsdiqləyib. Və onlar bir daha sübut ediblər ki, xalqımızı heç kim sındıra və ya qorxuda bilməz”, - deyə Putin qeyd edib.
Aytəkin TOFİQQIZI













