Rusiyanın patriarxı Paşinyanın agent adlandırdığı yepiskopu təbrik etdi

 18:46 30.09.2026     68

Moskva və Bütün Rusiyanın patriarxı Kirill Erməni Apostol Kilsəsinin “Yeni Naxçıvan” yeparxiyasının primatı Yezras Nersisyanı yepiskop dini rütbəsi almasının 25-ci ildönümü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, Kirill təbrik mesajında Nersisyanın gəncliyində dini xidmət yolunu seçdikdən sonra təhsilini Sankt-Peterburq İlahiyyat Akademiyasında aldığını xatırladıb.

“Həmin vaxtdan bəri sizin xidmətiniz ölkəmizlə ayrılmaz şəkildə bağlıdır və siz burada Sankt-Peterburqun erməni icmasının pastoru, daha sonra isə Erməni Apostol Kilsəsinin Rusiya və Yeni Naxçıvan yeparxiyasının primatı oldunuz”, - təbrikdə bildirilib.

Xatırladaq ki, Yezras Nersisyan bütün ermənilərin katolikosu II Qareginin qardaşıdır. Ermənistan Baş naziri Nikol Paşinyan onu Rusiya xüsusi xidmət orqanlarının agenti olmaqda ittiham edib.

Vumart və Güvən reklamı Vumart Güvən