Putin süni intellektlə bağlı hökumətə tapşırıq VERDİ

 23:14 30.09.2026     57

Rusiya Prezidenti Vladimir Putin hökumətə milli və suveren süni intellekt modellərinin öyrədilməsi üçün elmi-texniki məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını, emalını və təqdim edilməsini təmin etməyi tapşırıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı sənəd Kremlin saytında dərc olunub.

Müvafiq tapşırıq 11 avqust 2026-cı ildə Prezident yanında Elm və Təhsil Şurasının iclasının yekunları üzrə dövlət başçısının verdiyi göstərişlər siyahısına daxil edilib.

Hökumətə bu tapşırığın icrası üçün zərurət yaranacağı təqdirdə Rusiya qanunvericiliyinə dəyişikliklər hazırlanması da tapşırılıb.

Tapşırığın icrası ilə bağlı hesabat martın 1-dək Prezidentə təqdim edilməlidir. Hesabatın hazırlanmasına Rusiya hökumətinin sədri Mixail Mişustin məsul təyin olunub.

Qeyd edək ki, Vladimir Putin daha əvvəl Rusiyanın süni intellekt sahəsində yaxşı perspektivlərə malik olduğunu bildirib. Onun sözlərinə görə, bu sahədə öz texnologiyalarının tam dəstinə sahib olan ölkələr çoxqütblü dünyanın suverenliyinin güclü mərkəzlərinə çevriləcəklər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən