"Flydubai"ın İsrailə uçuşları altı günlük dayandırılacaq

 23:42 30.09.2026     143

"Emirates"ə məxsus "Flydubai" şirkəti İsrailə uçuşları 1 oktyabr səhərindən etibarən altı gün müddətinə dayandıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail televiziyasının "12-ci kanal"ı məlumat verib.

Kanalın məlumatına görə, İsrail aviaşirkətləri BƏƏ-dən Təl-Əvivə uçuşlar həyata keçirən "Flydubai" şirkətini əvəz edəcək və hadisə ilə bağlı istintaq başa çatana qədər təyyarədə təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai" sərnişin təyyarəsinin qaçırıldığı bildirilib. Təyyarə daha sonra Səudiyyə Ərəbistanına eniş edib. Məlumata görə, hadisəyə iki pilot arasında dava səbəb olub.

Vumart və Güvən reklamı Vumart Güvən