Netanyahu güc strukturlarına yeni təhdidlərə hazır olmağı TAPŞIRDI

 00:00 01.10.2026     86

"Flydubai" təyyarəsinin göyərtəsində baş vermiş və terror cəhdi ehtimalı araşdırılan insidentdən sonra İsrailin təhlükəsizlik xidmətlərinə yeni potensial təhdidlərə hazırlaşmaq tapşırılıb.

Redaktor.az "Kommersant"a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahunun sözlərinə görə, Oman vətəndaşı olan köməkçi pilot təyyarəni qəzaya uğratmaq məqsədilə digər pilota bıçaqla hücum edib və təyyarənin idarəetmə sistemlərinə müdaxilə etməyə çalışıb. Sərnişinlərdən və ekipaj üzvlərindən bir neçəsi müdaxilə edərək hücum edəni zərərsizləşdirib.

Vumart və Güvən reklamı Vumart Güvən