Aİ rəsmiləri Ukraynaya maliyyə yardımını “səhranı sulamaq”la müqayisə ETDİ

 00:16 01.10.2026     119

Avropa İttifaqının (Aİ) bir sıra rəsmiləri Ukraynaya göstərilən maliyyə yardımını “səhranı sulamaq”la müqayisə edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Le Monde” mənbələrə istinadən məlumat yayıb.

“Bizdə elə təəssürat yaranır ki, sanki səhranı sulayırıq”, – deyə adı açıqlanmayan avropalı diplomat qəzetə bildirib.

Qeyd olunur ki, Kiyevin maliyyə dəstəyinin artırılması tələbi Aİ büdcəsinin razılaşdırılması ilə bağlı mübahisələrin fonunda Brüsseldə müqavimətlə qarşılanır.

Diplomatın sözlərinə görə, Avropa İttifaqı Ukraynanın maliyyə ehtiyaclarını ətraflı şəkildə təqdim etməsini gözləyəcək və bundan sonra qərar verəcək.

Bundan əvvəl Donetsk Xalq Respublikasından olan senator Aleksandr Voloşin Avropada Ukraynanın gələcək maliyyələşdirilməsinin məqsədəuyğunluğu ilə bağlı şübhələrin artdığını bildirib. Onun sözlərinə görə, Brüssel Kiyevə yeni milyardlar vəd etdikcə Avropanın özündə əvvəlki vəsaitlərin necə xərcləndiyi və dəstəyin davam etdirilməsinin zəruri olub-olmadığı ilə bağlı suallar daha çox səslənir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən