Latviya öz ərazisində nüvə silahlarının yerləşdirilməsinə hazırdır - Latviya Prezidenti
Latviya zərurət yaranacağı təqdirdə öz ərazisində nüvə silahlarının yerləşdirilməsinə hazırdır.
Redaktor.az xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs LETA agentliyinə müsahibəsində bildirib.
“Zərurət yaranarsa və NATO-nun müvafiq kollektiv qərarı qəbul edilərsə, nüvə silahları Latviyada yerləşdiriləcək”, – deyə Rinkeviçs bildirib.
O qeyd edib ki, Latviya Konstitusiyasında ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsini qadağan edən müddəa yoxdur.
Qeyd edək ki, sentyabrın 29-da Rusiyanın İrlandiyadakı səfirliyi Kalininqrad vilayətinin müdafiəsi üçün nüvə silahından istifadə etməyə hazır olduğunu açıqlayıb. Diplomatlar NATO-nun Rusiyanın bu regionuna blokada tətbiq etməyə hazırlaşması ilə bağlı məlumatlara diqqət çəkiblər.
Xədicə BAXIŞLI













