Tramp Ağ Evin təmirinə 550 min dollar bağışladığını AÇIQLADI

 00:33 01.10.2026     56

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətində illik maaşını Ağ Evin təmirinə bağışladığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Trampın sözlərinə görə, bağışladığı məbləğ 550 min dollar təşkil edib. O, ilk prezidentlik müddətində də maaşını Ağ Evin təmiri ilə bağlı məqsədlərə yönəltdiyini bildirib.

Tramp Ağ Evə qayıtdıqdan sonra iqamətgahda genişmiqyaslı təmir işlərinə başlanılıb. Binada əlavə qızılı bəzəklər quraşdırılıb, müxtəlif dövlət qurumlarından antik əşyalar gətirilib.

Bundan əlavə, yeni tikintinin aparılması üçün binanın Şərq qanadı qismən sökülüb. Tramp daha əvvəl Ağ Evdə inşa edilən yeni bal zalını da ictimaiyyətə təqdim edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən