İki nəfər cadugərlikdə ittiham edilərək yandırıldı - Bu ölkədə
Meksikanın Çiapas əyalətində yerli sakinlər iki nəfəri cadugərlikdə günahlandıraraq döyüb və daha sonra yandıraraq öldürüblər.
Redaktor.az xəbər verir ki, “Need To Know” jurnalının məlumatına görə, hadisə Maya qruplarından olan Tzeltal xalqının yaşadığı Las Tacitas icmasında baş verib.
Bildirilir ki, 50 yaşlı Nikolas və onun sevgilisi Norma kənd sakinlərinin hücumuna məruz qalıb. Ənənəvi müalicəçi olan Nikolasın müalicə etdiyi şəxslərdən bəzilərinin özlərini daha pis hiss etməsi hadisəyə səbəb ola bilər.
Kənd sakinləri cütlüyü kəndin mərkəzi meydanına apararaq bir neçə saat döyüblər. Daha sonra onların üzərinə benzin tökərək yandırıblar. Hadisə zamanı ətrafdakılar baş verənləri mobil telefonla lentə alıblar.
Onların qalıqları daha sonra yol kənarında, üzəri parça ilə örtülmüş vəziyyətdə aşkarlanıb.
Hadisə ilə bağlı ştatın Baş Prokurorluğu araşdırma aparır. Araşdırmaya yerli xalqlar üzrə vəkil də cəlb olunub. Bununla yanaşı, icma liderlərinin qalıqları ekspertizaya təqdim etməkdən imtina etdiyi bildirilir.
Aytəkin TOFİQQIZI













