ABŞ İranla münaqişədə 125 gəminin istiqamətini DƏYİŞDİ

 09:31 01.10.2026     75

ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdə İranın blokadasını təmin etmək məqsədilə 125 kommersiya gəmisinin istiqamətini dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığının qüvvələri 125 kommersiya gəmisinin istiqamətini dəyişib”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Vaşinqtonun yaxın vaxtlarda İrana qarşı zərbələri bərpa edib-etməyəcəyi, yoxsa Tehranla razılaşma əldə edəcəyi barədə qərar verəcəyini açıqlamışdı. Onun sözlərinə görə, qərarın qəbulu üçün vaxt getdikcə azalır və vəziyyət tezliklə həllini tapmalıdır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən